Rusiya yenidən Ukraynaya kütləvi raket zərbələri endirir –16 bombardmançı təyyarə, "Kinjal" Kiyevə doğru gəlir

Yanvarın 2-də səhər saatlarında Rusiya  yenidən Ukrayna ərazisinə raket zərbələri endirib.

Azpost.info UNİAN-a istinadən bildirir ki, Moskva 16 ədəd Tu-95MS strateji bombardmançı təyyarəsini havaya qaldırıb. Bütün Ukraynada həyəcan siqnalı çalınıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti vətəndaşları sığınacağa enməyə çağırıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Sumı vilayətində raketlər Mirqorod istiqamətində, bəziləri isə cənub-qərbə doğru hərəkət edir.

Bundan əlavə, Çerkassı və Kiyev vilayətlərinin sərhədində qərbə doğru istiqamətlənən bir qrup raket aşkarlanıb. Kropivnitskiyə də təhlükə barədə xəbərdarlıq edilib, bu istiqamətdə raketlər var.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Xerson vilayətində də şimal-qərbə doğru istiqamətlənən raketlər uçur. Eyni zamanda, raketlər Sumı vilayətindən Poltava vilayətindən keçərək Kiyev vilayəti/Çerkassı vilayəti istiqamətində uçur.

Vinnitsa bölgəsi bu istiqamətdə raketlə bağlı xəbərdarlıq edilib.

Zərbələr nətçicəsində Peçerski rayonunda çoxmərtəbəli yaşayış binasının damına düşən qalıqlar qeydə alınıb. Obolonski rayonunda raketin qalıqları anbarların ərazisinə, Qoloseyevskidə isə açıq əraziyə düşüb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirir ki, çox güman ki, Kh-47M2 “Kinjal” aeroballistik raketləri Sumı vilayətindən Kiyev istiqamətinə uçur.

Son məlumatlara görə, çoxlu raketlər Kiyevə doğru uçur.  Rusiya 4 MiQ-31K təyyarəsini havaya qaldırıb.

Mer Vitali Kliçko yazır ki, Obolonda da partlayış səsləri eşidilir.

Kiyevdə və bölgədə hava hücumundan müdafiə sistemi işləyir.

 

Əvvəlki məqalə

Biləsuvarda narkotacir 2 kiloqram heroinlə tutuldu

Sonrakı məqalə

Yeni ilin ilk günü borcu olan 3 nəfər saxlanılıb