Rusiyada ərzaq anbarında güclü yanğın olub

15 Dekabr 2019 - 01:14

Başqırdıstanın İqlinski rayonunda yerləşən ərzaq malları anbarında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 1500 kvadrat metr ərazini əhatə edib. Nəticədə binanın bir hissəsi çöküb. Yanğının səbəbləri araşdırılır.

Yanğının söndürülməsində 42 nəfərlik canlı qüvvə və 17 texnika iştirak edib. Rusiya FHN artıq yanğının qarşısının alındığını təsdiqləyib.