Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda 43 sərnişin olub.
Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Nəticədə avtobus körpüdən çaya düşüb.