Rusiyada azərbaycanlını öldürmüş erməni Ermənistana ekstradisiya ediləcək

01 Oktyabr 2019 - 10:45

Rusiyada  Azərbyacan vətəndaşını qətlə yetirmiş və buna görə 18 il həbs cəzası almış Armen Arakelyan Ermənistana ekstardisiya edilir.

Azpost.info erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə qatilin oğlu Qurgen açıqlama verib.

Onun sözlərinə görə, ekstradisiya  1 ay ərzində baş tutacaq.

Dörd il əvvəl milli məsələ üstündə mübahisə nəticəsində Armen Arakelyan azərbaycanlını kafedə qətlə yetirib.  18 il həbs cəzası almış qatil Murmansk həbsxanasında cəza çəkir.