Rusiyada dəhşətli yanğın

- Beşi uşaq olmaqla, yeddi nəfər ölüb
19 Oktyabr 2019 - 16:08

Rusiyanın Yaroslavl vilayətində dəhşətli yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rostov rayonunda baş vermiş yanğında yeddi nəfər ölüb.

Yanğın oktyabrın 10-na keçən gecə çoxmənzilli binada qeydə alınıb. Ölənlərdən beşi uşaqdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.