Nijni Tagildə San Donato stansiyası yaxınlığındakı dəmir yolu relslərində partlayış baş verib.
Azpost.info xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin antiterror komissiyasının nümayəndələri məlumat verib.
“Hadisə nəticəsində heç bir vaqon relsdən çıxmayıb və dəmir yolu relsinə ziyan dəyməyib. Hazırda hadisənin baş verdiyi ərazidə təhlükəsizliyin təmin edilməsi üçün kompleks tədbirlər görülür”, – Sverdlovsk vilayətinin antiterror komissiyası bildirib.
Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti insidentlə bağlı məlumatı təsdiqləyib.
“Baza” telegram kanalının məlumatına görə, partlayıcı qurğu işə düşüb, bundan başqa, partlayış yerinin yaxınlığında daha bir bomba tapılıb.
Nijni Tagildəki partlayış 2023-cü ilin sonundan bəri Rusiya dəmir yolu xətlərində üçüncü belə təxribatdır.
Azpost.info