Rusiyada diaspora rəhbəri Şahin Şıxlinskiyə 22 il həbs cəzası verildi

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub.

Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.

Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov 14, Məzahir Səfərov 13, Bakir Səfərov 10 il, Şücayəddin Rəcəbov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb.

Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur./APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.