Rusiyada general -mayor Mirzə Mayis oğlu Mirzəyev həbs edilib –FOTO

Rusiya Qvardiyasının (RosQvardiya) maddi-texniki təminat üzrə rəis müavini, general-mayor Mirzəyev Mirzə Mais oğlu rüşvətxorluğa görə hərbi məhkəmə tərəfindən həbs edilib.

Azpost.info bildirir ki, müstəntiqlərin fikrincə, o, prefabrik binalar üçün modul təchizatçısından 480 milyonluq müqavilədən 140 milyon rubl “şapka” tələb edib. Pulu almadığı təqdirdə müqaviləni pozacağı ilə hədələyib.

Mirzə Mirzəyev Mais oğlu, 26 may 1972-ci ildə anadan olub.

2006-cı ildə Sankt-Peterburqda Hərbi Logistika və Nəqliyyat Akademiyasını bitirib.

2015-ci ildə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Mirzə Mirzəyev Stavropol diyarında Budennovsk Dumasına deputat seçilib. Bu zaman o, şəhər hərbi hissələrindən birində işləyirdi.

Mirzə Mirzəyev əvvəllər Rusiya Qvardiyasının “ən zəngin” generalı adlanırdı – onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı var.

Əvvəlki məqalə

Dövlət Neft Fondu dollar satışını 13 faiz azaldıb

Sonrakı məqalə

Naxçıvanda 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb