Rusiyada gömrük generalı həbs olunub- Evindən 600 min avro, 600 min dollar çıxıb

Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb.

Axtarış əməliyyat tədbiri nəticəsində Rusiya Federal Gömrük Xidməti İstintaqı İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlıkın evindən 600 min avro, 600 min dollar, bahalı saatlar, bəzək-zinyət əşyaları götürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu müstəntiq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident şəhid ailələri üçün 20 MİLYON MANAT ayırdı –

Sonrakı məqalə

Nizaməddin Quliyev və Ramiz Tatarov apelyasiya şikayəti verməkdən imtina ediblər