Rusiyada həkimlərin orta aylıq maaşı 1200 dollardır –Nazir açıqladı

Rusiyada həkimlərin orta aylıq əmək haqqı 79 min rubl (1200 dollar) təşkil edir.

Azpost.info bildirir ki, bu barədə “Rossiya” telekanalına müsahibəsində Səhiyyə naziri Veronika Skovortsova deyib.  O,  xəstəxana və poliklinikalada çalışanların əmək haqının hansı qaydada formalaşdığını açıqlayıb. 2004-cü ildən etibarən əmək haqlarının səviyyəsini regionlar deyil, işəgötürənlər müəyyən edir.

Nazir deyib ki, hazırda elə sistemə keçməyə hazırlaşırlar ki, orada aylıq maaş alan həkimlər  55 faizdən az olmayacaq.  Bir müddət əvvəl Putin Nazirliyə sərəncam verib ki, həkimlər üçün aylıq əmək haqqı  70 min rubl müəyyən olunsun. Dövlət başçısı həmçinin həkimlərə güzəştli ipoteka verilməsi ilə bağlı məsələnin həll olunmasına göstəriş verib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya dini liderlərinin II Bakı Sammiti başa çatıb

Sonrakı məqalə

Binaların hamısı istiliklə nə vaxt təmin olunacaq?