“Rusiyada heç kim nüvə silahından istifadə etməyi düşünmür” –PESKOV

“Rusiyada heç kim Ukrayna müharibsəində nüvə silahından istifadə haqqında düşünmür”.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov PBS telekanalına müsahibəsində bildirib.

Aparıcı Rusiya Prezidenti Vladimir Putinin münaqişəyə üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə ölkəsinin nüvə silahından istifadə edəcəyi haqqında çıxışını xatırladıb.

“Xeyr, mən belə düşünmürəm. O, kifayət qədər qətiyyətlə dedi ki, qarışmağa ehtiyac yoxdur. Əgər bunu etsəniz, bunun qarşısını almaq və müdaxilə etmək istəyənlərin hamısını cəzalandırmaq üçün hər cür imkanımız var”, – Peskov bildirib.

Bir müddət əvvəl Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, heç kim müharibə istəmir, lakin nüvə münaqişəsi təhlükəsi həmişə var.

Əvvəlki məqalə

Bayden Putinlə görüşü istisna etməyib

Sonrakı məqalə

Rusiya hərbçiləri 138 Türkiyə vətəndaşını Xersondan təxliyə edib