“Rusiyada inflyasiyasının əsas dalğası keçib”- Putinin köməkçisi

“Rusiyada inflyasiyasının əsas dalğası artıq keçib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Maksim Oreşkin deyib.

Oreşkin inflyasiyanın ABŞ və Avropa ölkələrində pul kütləsinin kəskin artmasının səbəb olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-da büdcə kəsiri məhz bununla bağlı olub.

Oreşkin qeyd edib ki, bütün bunlar ilk növbədə ABŞ və Avropa İttifaqının səhvlərinin nəticəsi idi.

“İndi inflyasiya impulsu boşa çıxır və bu o deməkdir ki, dünyada qiymət dinamikası tədricən sabitləşəcək”, – Rusiya prezidentinin köməkçisi hesab edir.

Azpost.info

Əvvəlki məqalə

“İt hürər, karvan keçər”

Sonrakı məqalə

“Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq”