“Rusiyada media azadlığı konstitusiya ilə təmin edilir”.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya informasiya sferasında plüralizm və aşkarlığın zəruriliyinə əmindir.
“Rusiyada media azaddır. Bu, konstitusiya ilə qəti şəkildə təmin edilir. Biz əminik ki, informasiya sferasında plüralizm və şəffaflıq lazımdır. Hakimiyyət redaksiya siyasətindən asılı olmayaraq televiziya kanalları, xəbər agentlikləri, qəzetlər, internet portalları və digər kütləvi kommunikasiya təşkilatları ilə konstruktiv qarşılıqlı əlaqədə olur. Onlarla bağlı yeganə tələb Rusiya qanunvericiliyinə uyğunluqdur. Ölkəmizdə akkreditə olunmuş xarici müxbirlər bunu başa düşməlidirlər”, – Putin deyib.
Azpost.info