Rusiyada miqrantlarla bağlı qadağa qərarı qüvvəyə minir

Rusiya
Rusiya

Rusiyada 2025-ci ilin aprelin 1-dən rus dilini bilməyən miqrant övladlarının məktəblərə qəbulunu qadağan edən qanun qüvvəyə minəcək.

AzPost xəbər verir ki, əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.

Məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Ödənişsiz olacaq testin keçirilməsi qaydası Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.

Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib.//Report

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.