Rusiyada orta aylıq əməkhaqqı 150 dollara yaxın artacaq- Növbəti 3 ildə

Rusiya Sosial Sığorta Fondunun büdcə layihəsində verilən proqnoza əsasən, 2023-cü ildə ölkədə orta aylıq əməkhaqqı indiki 47 531 rubldan (təxminən 691 ABŞ dolları) 57 675 rubla (838 dollar) yüksələcək ki, artım 10 144 rubl (147,5 dollar) və ya 21,3% təşkil edəcək.

Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.

“Rosstat”ın son məlumatlarına görə, ölkədə fəaliyyət göstərən təşkilatların işçilərinin orta aylıq əməkhaqqı 2020-ci ilin aprel ayında 49 306 rubl (717 dollar) təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar-aprel aylarında Rusiyada orta aylıq əməkhaqqı illik ifadədə 6,7% artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

25 minə yaxın şəxsin İrandan çıxışına qadağa qoyulub

Sonrakı məqalə

Aİ-yə üzv ölkələrin liderləri “Bərpa Planı”nı müzakirə edəcəklər