Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qaytarılıb

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.

Bu proses artıq bir neçə gündür həyata keçirilir.

Belə ki, gün ərzində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.

Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Sonrakı məqalə

Son sutkada ölkədə 306 nəfər COVID-19-a yoluxub –