Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

03 Sentyabr 2019 - 16:28

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Şimali Qafqazda qeydə alınıb.

Su-25UB tipli hücum təyyarəsinin qəzaya uğradığı bildirilir.Təyyarədə olan hər iki pilot karapult edib. Onların taleyi hələlik məlum deyil.

Rusiya Müdafiə Nazirliyi də qəza barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı Su-25UB tipli təyyarə qəzaya uğrayıb.Hazırda xilasedicilər iki pilotun axtarışını davam etdirir. Uçuş döyüş komplekti olmadan icra edilib. Təyyarə insan olmayan əraziyə düşüb, yerdə dağıntı baş verməyib.