Rusiyada son sutkada 7728 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 7728 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 584 680 nəfərə çatıb.

Son sutka ərzində 99 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8111 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 339 711 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının küçələri yenidən dezinfeksiya edilib

Sonrakı məqalə

Sabah Bakıda 34 dərəcə isti olacaq –