Rusiyada vahid səsvermə keçirilir 

Bu gün Rusiyada vahid səsvermə günüdür.

AZƏRTAC xəbər verir ki, vahid səsvermə çərçivəsində 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçirilir.

Rusiya Prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında yaradılmış seçki məntəqəsində Moskva Dövlət Dumasına seçkilərdə səs verib.

İnquşetiyada isə regionun rəhbəri artıq seçilib. Məhəmməd Əli Kalimatov İnquşetiya Respublikasının başçısı seçilib. Elə bu gün də o, respublikanın rəhbəri kimi and içib. İnquşetiya qanunlarına görə, respublikanın rəhbəri parlamentin deputatları tərəfindən gizli səsvermə yolu ilə seçilir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir