Müharibənin səbəb olduğu iqtisadi yenidənqurmadan pul qazanan varlı ruslar Moskvada bahalı mənzillərə investisiya qoyurlar.
Azpost.info xəbər verir ki, indi Avropada daşınmaz əmlak almaq çətindir və birinci müharibə ilinin qorxuları keçmişdə qalıb.
“Intermark City Real Estate” agentliyinin analitiklərinin fikrincə, hazır bahalı mənzillərin alınmasına tələbat hədsiz dərəcədə artıb.
“Dəbdəbəli mənzillərin təkrar bazarında orta endirim son üç ildə ən aşağı səviyyədədir – cəmi 1,8 faiz. Baxmayaraq ki, ilin əvvəlində bu, 8 faizə yaxın idi”, – şirkətin ekspertləri qeyd edirlər.
Endirimlərin pik həddi 2022-ci ilin ikinci yarısında olub. Həmin yay varlılar kütləvi şəkildə ölkəni tərk etdilər, qalanlar isə bahalı alış-verişə hazır deyildilər. Bahalı mənzillərin satıcıları daha sonra orta hesabla 10, bəziləri isə 15-20 faiz endirim etdi. Sentyabrda elan edilən qismən səfərbərlikdən sonra isə daşınmaz əmlakın təcili satışı üçün 40 faizə qədər endirimlərə rast gəlindi.
Azpost.info