Rusiyada yeni hökumətin tərkibi bəlli olub –ADLAR

Rusiyada yeni hökumətin tərkibi bəlli olub.

Bu barədə bu gün Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Yeni fərmana görə, hökumətin strukturunda da dəyişiklik edilib. Bundan sonra baş nazirin 9 müavini, o cümlədən 1 birinci müavini olacaq. Dəyişikliyə əsasən, Şimail Qafqaz üzrə nazirlik ləğv olunub, onun funksiyaları İqtisadi inkişaf nazirliyinə verilib.

Prezidentin köməkçisi Andrey Belousov Rusiyanın Baş Naziri Mixail Mişustinin Birinci müavini təyin olunub. Köhnə nazirlər kabinetindən Tatyana Qolikova, Yuri Borisov və Yuri Trutnev vəzifələrini qoruyub saxlayıblar.

Dmitri Qriqorenko, Viktoriya Abramçenko, Dmitri Çernışenko, Aleksey Overçuk və Marat Xusnullin baş nazirin yeni müavinləri təyin olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

Sonrakı məqalə

İlham Əliyev Davos Forumunun prezidenti ilə görüşdü –