“Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər həll olunub”- Erməni nazir

Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər həll olunub.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan bildirib.

Nazir xatırladıb ki, bu kimi məsələlərlə bağlı müzakirələr açıqlanmır, lakin onun bildiyi qədər bütün əsas məsələlər həll olunub.

“Ən azı, Müdafiə Nazirliyindəki tərəfdaşlarımdan sualların qaldığına dair heç bir siqnal almamışam”, – nazir bildirib.

Daha əvvəl Ermənistan hakimiyyəti bildirirdi ki, ödənişi edilsə də, Rusiya İrəvana silah və hərbi texnika tədarük etmir. Bəzi mənbələrə görə, söhbət 250 milyon, bəzilərinə görə isə 400 milyon dollardan gedir.

Daha sonra müdafiə nazirinin müavini Q.Sarkisyan bildirib ki, Ermənistan bu məsələləri Rusiya ilə məhkəmə çəkişmələrində deyil, ortaqlıq məntiqi ilə həll etməyi düzgün hesab edir. Yanvarın 28-də Sarkisyan deyib ki, müzakirə olunan məsələlər var, lakin onların həlli yolları tapılacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.