Rusiyalı ailə Türkiyədə tətilə 24 milyondan çox pul xərcləyib

Rusiyada 2023-cü ildə xaricə ən bahalı tur 24,5 milyon rubla satılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bu pula 6 nəfərlik ailə aprel-iyul aylarında Antalyadakı otellərdən birində istirahət edib.

6 nəfərlik ailə (5 böyük və 1 uşaq) bu məbləğə 67 gün ərzində (apreldən iyul ayına kimi) 5 ulduzlu “Maxx Royal Belek Golf Resort” otelində (Belek, Antalya vilayəti) hər şey daxil olmaqla istirahət edib.

Turun qiymətinə birbaşa hava səyahəti də daxildir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.