Rusiyalı deputat SSRİ sərhədinin bərpasını tələb etdi:“Gürcüstan, Azərbaycan, Ukrayna SSRİ-nin tərkibindən qeyri-qanuni çıxıblar”

“Gürcüstan, Azərbaycan, Ukrayna və digər dövlətlər qeyri-qanuni olaraq SSRİ-nin tərkibindən çıxıblar. Beynəlxalq  hüquqa görə, Sovet İttifaqının buraxılması qeyri-qanunidir. Bizim dövlətimiz bu sərhədlər daxilində bərpa edilməlidir”.

Azpost.info bildirir ki, bu sözləri  tanınmış rus siyasətçisi, Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov “Pravda” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, nə qədər ki, ücüncü dünya müharibəsi baş verməyib, ikinci dünya müharibəsinin qanunları qüvvədədir:

“Biz özü payımızı sonuncu dünya müharibəsində əldə etmişik. Bu müharibəyə qədər nə olubsa mühüm deyil. Biz dünya müharibəsində 30 milyon qurban vermişik. Təkcə elə Kiyev uğrunda milyonlarla  adam həlak olub. Bugünkü beynəlxalq hüquqa görə, dünya 100 milyon qurban verib. Odur ki, həmin sərhədlər təkcə bizim yox, qüdrətli dövlətlərin gərgin səyləri nəticəsində dünya əhəmiyyətlidir”.

Deputatın iddiasına görə, bu müharibədən sonrakı nəticələrdir. Bütün bunlardan geri  çəkilmək qeyri-qanunuidir, qaydaların pozulmasıdır: “Əvvəlki birliyə qayıtmaq üçünsə respublikaların SSRİ-dən çıxması haqqında 1991-ci idə verdikləri qərar ləğv olunmalıdır”.

Deputat nümunə olaraq Honkonqu göstərib. Fyodorov deyib ki, Çin 100 ildən sonra Honkonqu qaytardı: “Danışıqlar yolu ilə qaytardılar. Hətta Honkonqda referendum da keçirmədilər. Əgər olsaydı, 90 faiz əlehinə səs verəcəkdi. Amma qaytardılar. Ona görə ki, beynəlxalq hüquq xalqların iradəsindən yüksəkdə durur. Beynəlxalq hüquq müharibələrin nəticəsidir. 100 milyon həlak olub. Bunu şübhə altına salırsınız? Başq bir müharibəyə başlayın, 100 milyon adam həlak olsun. O zaman bu şübhələrə son qoyulacaq”.  

Deputat deyib ki, sovet dövlətinin rəhbəri Mixail Qorbaçov SSRİ dövlət orqanlarını buraxmaqla və əraziləri verməklə cinayət törədib: “Onun buna hüququ və səlahiyyəti yox idi. Respublikaların ittifaqadan çıxamasını qanuniləşdirən heç bir referendum olmayıb”.

Bu müsahibə MDB ölkələrinə münasibətdə rus siyasi elitasındakı əhvalı göstərmək üçün bir barometr sayıla bilər.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin istiotlu yeməkləri çox sevir

Sonrakı məqalə

İlqar Məmmədov: