Rusiyalı milyarder sərvətinin 99 faizini itirib

“Lukoyl”un vitse-prezidenti, “Spartak” Futbol Klubunun prezidenti Leonid Fedun sərvətinin 99 faizini itirib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin üzvü Vladimir Afanasyev məlumat verib. “Fedun vəziyyətinin ağır olduğunu, var-dövlətinin 99 faizini itirdiyini dedi. Bu, onun şəxsi pulu idi”, – Afanasyev bildirib.

Martın əvvəlində məlum olub ki, rusiyalı milyarder kapitalının 80 faizinə qədərini itirib.

L.Fedun əvvəllər “Forbes”in reytinqində 11,1 milyard dollar sərvəti ilə rus milyarderləri arasında 16-cı yerdə idi.

Azpost.info

Əvvəlki məqalə

Ukraynadakı vəziyyətə görə dünya turizmi 14 milyard itirəcək – BMT

Sonrakı məqalə

Bayden Polşada hərbçilərlə pizza yedi –