Azərbaycanın Qarabağ regionunda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri ötən ilin noyabr ayından etibarən Laçın dəhliziylə hər iki istiqamətdə hərəkət edən 65 minə yaxın nəqliyyat vasitəsinin və 230 mindən çox insanın təhlükəsiz keçidini təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Məlumata əsasən, Rusiya hərbçiləri sutka ərzində dəhlizdən keçən avtomobillərə nəzarət edirlər. “Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”, – sülhməramlı kontingentin nümayəndəsi Vasili Davıdov deyib.