Rusiyalı oliqarxın 445 milyon dollarıq yaxtası nəzarətə götürülüb
Dominikanın paytaxtı Santo-Dominqoda rusiyalı milyarderə məxsus nəhəng “Flying Fox” yaxtası nəzarətə götürülüb.
Azpost.info xəbər verir ki, “Diario Libre” qəzeti ABŞ Daxili Təhlükəsizlik Departamentinin əməkdaşlarının yaxtaya baş çəkdiyini yazıb.
“Forbes”in məlumatına görə, dəyəri 445 milyon dollar olan yaxtanın sahibi “Domodedovo” hava limanının direktorlar şurasının sədri Dmitri Kamenşikdir. Dominikan hökumətindəki mənbələr yaxtanın rus maqnatına məxsus olduğunu və istintaq müddətində limanda qalacağını təsdiqləyib. Ölkənin baş gömrük idarəsinin əməkdaşları da yaxtanı ziyarət edib. Dominikanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi jurnalistlərə bildirib ki, yaxtanın bütün lazımi sənədləri var, qeydiyyatı və qalması bütün standartlara cavab verir.
“The Times” “Flying Fox”u dünyanın ən bahalı çarter yaxtası adlandırıb. “Imperial Yachts” saytında onun icarəsi həftədə 3 milyon dollardan başlayır. Uzunluğu 136 metr olan yaxta 25 nəfər üçün nəzərdə tutulub. Yaxtada 11 kabin, 12 metrlik hovuz və 400 kvadratmetrlik iki mərtəbəli spa sahəsi var. “Forbes” Kamenşikin sərvətinin 1,8 milyard dollar olduğunu yazır. O, Rusiyanın ən varlı iş adamları reytinqində 77-ci yerdədir.
Azpost.info
