“Rusiyanı tərk edən satqınları ölkəyə buraxmamaq, gəlirlərini kəsmək lazımdır”- MEDVEDEV

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəni tərk edənləri geri buraxmamağı və gəlir mənbələrini kəsməyi təklif edib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.

Medvedev deyir ki, onların Rusiyaya qayıtması yalnız amnistiya və ya əfvlə baş tuta bilər.

Medvedevin sözlərinə görə, ölkəsinə nifrət edən, onu məhv etməyə çağıran satqınlara xalq düşməni kimi baxılmalıdır: “Vətənini qoyub xaricə gedən, hakimiyyətə sonsuz lənətlər yağdıranlar, öz ölkələrinə məğlubiyyət arzulayan, Rusiyanın məhvi arzusunda olanlar dövlətin düşmənidir”.

“Əslində, onların geri qayıtmaması daha yaxşı olardı”, – Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Bu il ölkə siyasəti nələrlə yadda qaldı?

Sonrakı məqalə

Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək