“Rusiyanın 300 milyardını bizə verin…”- Zelenski müraciət etdi

Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrini Rusiyanın xaricdə dondurulmuş 300 milyard dollarlıq aktivini Kiyevə köçürməyə çağırıb.

Azpost.info xəbər verir ki, Zelenskinin fikrincə, bu, Rusiyanın təcavüzə görə bədəl ödəməsi üçün ədalətli addım olardı.

“Bu, dünyanın bütün potensial təcavüzkarları üçün düzgün siqnal olacaq: başqa dövlətə hücum dividend gətirmir, təcavüzkar sonda bədəl ödəməyə məcbur olur”, – Ukrayna lideri deyib.

Bundan əvvəl “Financial Times” yazıb ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır. Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu deyilir. G7 iclaslarında ABŞ iddia edib ki, aktivlərin müsadirəsi üçün beynəlxalq hüquqa uyğun bir yol var.

“G7-nin üzvləri və digər dövlətlər Rusiyanı təcavüzünə son qoymağa sövq etmək üçün əks tədbir kimi Rusiyanın aktivlərini müsadirə edə bilərlər”, – nəşr ABŞ hökumətinin sənədində istinadən yazır.

Azpost.info

 

Əvvəlki məqalə

“Aygün Bəylərin müalicəsi Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü”

Sonrakı məqalə

Son 10 gündə 160 minə yaxın sərnişinə xidmət göstərilib