Rusiyanın Almaniyada dondurulmuş aktivlərinin məbləği- AÇIQLANDI

“Rusiyanın Almaniyada dondurulmuş aktivlərinin ümumi məbləği 4,1 milyard avrodur”.

Azpost.info xəbər verir ki, bunu Almaniya Maliyyə Nazirliyinin dövlət katibi Florian Tonkar bildirib.

O qeyd edib ki, bura əməliyyatların aparılmasına qadağa qoyulan fiziki şəxslərin və təşkilatların vəsaitləri və iqtisadi aktivləri daxildir.

“Hazırda Almaniyada təxminən 4,1 milyard avro dəyərində aktivlər saxlanılır. Bu pullar dondurulub və ya immobilizasiya olunub. Bura siyahıya alınmış şəxslərin və ya qurumların dondurulmuş vəsaitləri və iqtisadi resursları, həmçinin Rusiya Mərkəzi Bankının əməliyyat qadağasına məruz qalan daxili xarici aktivləri daxildir”, – Tonkar deyib.

O, hansı növ aktivlərə həbs qoyulması barədə məlumatın məxfi olaraq qaldığını bildirib: “Bu məlumat Almaniyanın maraqlarına uyğun olaraq ictimaiyyətə açıqlanmayacaq”.

Azpost.info

Əvvəlki məqalə

“Qərb dollardan silah kimi istifadə edir”

Sonrakı məqalə

İstanbul polisi kilsədəki atışmada İŞİD-in əli olduğunu üzə çıxarıb