Rusiyanın Avropada sabitliyi pozan məxfi qrupu aşkar edildi –

QRU-nun elit qrupu necə faş olunub?
09 Oktyabr 2019 - 09:39

Avropada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) elit hissələri fəaliyyət göstərir.

Azpost.info bildirir ki, bu barədə “Nyu York Tayms” qəzeti qərb xüsusi xidmətlərinə istinadən məlumat yayıb.

Həmin məlumatda deyilir ki, QRU-nun bu xüsusi hissəsi Avropa ölkələrində  sabitliyin pozulması üçün koordinasiya edilmiş kampaniya aparır.

Həmin elit qrup 29155 adı ilə tanınır və on ildən artıqdır ki, mövcuddur.  Qərb hökumətləri bundan bu yaxınlarda xəbər tutublar. İlk dəfə qrupun fəaliyyəti 2016-cı ildə Çernoqoriyada baş tutmamış dövlət çevrilişi cəhdi zamanı üzə çıxıb. Qəzet yazır ki, bu qrupun necə böyük miqyasda fəaliyyət göstərməsini 2018-ci ildə Skripalın Londnda zəhərlənməsindən sonra anlayıblar.

“Nyu York Tayms” Pusiya prezidenti Putinin mətbuat katibi Peskova 29155 saylı hissə barədə sorğu göndəriblər. Peskov bununla bağlı Müdafiə Nazirliyinə müraciət etməyi təklif edib.

 

.