Rusiyanın baş naziri Mişustin İrəvana gəlib

05 Oktyabr 2020 - 17:59

Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.

 Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.    

Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var. Mişustunin hansı məqsədlə nümayəndə heyətinin tərkibində İrəvana indi səfər etməsinin səbəbləri məlum deyil. O, Aİİ-nin oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına gəlməli idi.

Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur. (APA)