Rusiyanın Krivoy Roqa hucumunda 19 nəfər ölüb, 9-u uşaqdır

Aprelin 4-də Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, onlardan 9 nəfəri uşaqdır.

UNIAN“ xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak açıqlayıb.

Vilayətin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilyul isə Rusiyanın daha çox yaşayış məntəqələrini hədəfə aldığını deyib.

Ümumilikdə hücum nəticəsində 68 nəfər zərər çəkib. Aralarında iki uşaq olmaqla, 40 nəfərin xəstəxana şəraitində müalicəsi davam etdirilir.

A.Vilkul əlavə edib ki, hücum zamanı 34 çoxmənzilli bina, 6 təhsil müəssisəsi, eləcə də bir sıra mağaza, biznes və infrastruktur obyekti, eləcə də avtomobilə ciddi ziyan dəyib. Şura rəhbəri dağıntılarla bağlı son rəqəmin dəqiqləşdirildiyini açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.