Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğında xəsarət alanların sayı artıb.
TASS-ın verdiyi xəbərə görə, yanğında xəsarət alanların sayı 12-yə çatıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.
Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.