“Rusiyanın məqsədi Qərbin dağılmasıdır…”- Estoniya prezidenti

“Rusiya təkcə Ukraynanı ələ keçirmək istəmir. Şimali Koreyadan aldığı silahlardan istifadə edərək bütün demokratik dünyaya meydan oxuyur”.

Azpost.info xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis deyib.

Onun sözlərinə görə, müqavimət göstərmək üçün Avropa hərbi cəhətdən daha güclü olma olmalıdır.

Karis hesab edir ki, müharibəyə öyrəşmək olmaz və Ukraynanın qələbəsi üçün demokratik dünyanın səyləri lazımdır: “Rusiyanın məqsədi Qərbin dağılmasıdır, lakin bu baş verməyəcək. Birgə işləsək, biz qalib gələcəyik. Müharibə demokratik dünyanın gücünü göstərəcək. Bu müharibənin nəticəsi uzunmüddətli perspektivdə Ukraynaya kömək etmək istəyindən asılıdır. Biz təcavüzkarı sanksiyalarla zəiflətməliyik. Təcavüzkar siyasi cəhətdən təcrid olunmalıdır”.

Azpost.info

Əvvəlki məqalə

Baba Vəziroğlu “Şərəf” ordeni ilə təltif edilib

Sonrakı məqalə

“Latviya ilə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var”