Rusiyanın məşhur kreyserində yanğın –12 yaralı və itkin düşənlər var

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğında xəsarət alanların sayı artıb.

TASS-ın verdiyi xəbərə görə, yanğında xəsarət alanların sayı 12-yə çatıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.

Qeyd edək ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp “Time” jurnalının 16 yaşlı qızı “İlin adamı” elan etməsini gülünc adlandırdı

Sonrakı məqalə

“Çin bunu istəyir, biz də istəyirik” –