Rusiyanın SWIFT sistemindən çıxarılması üçün prosedura başlanılıb

Rusiyanın SWIFT beynəxalq maliyyə sistemindən çıxarılması üçün texniki prosedur başlayıb.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ” Twitter”də bildirib.

O bildirib ki, qərar hələ rəsmiləşməyib, lakin SWIFT-lə bağlı qərarın qəbulu və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara artıq başlanılıb.

“Ukrayna diplomatiyasının bütün xətti – Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər, hamı işləyirdi. Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusilə də Ukrayna diasporuna da təşəkkür edirəm. Ukrayna diplomatları bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər” – Ukrayna XİN başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə Qara dənizdə Rusiya hərbi gəmiləri üçün keçidi bağladı –

Sonrakı məqalə

“Türkiyədən boğazların bağlanması ilə bağlı bildiriş almamışıq”-