Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyanın Ukraynaya hücumunda Azərbaycan vətəndaşı ölüb –

User 28 Sentyabr 2026 - 11:56 (Last updated: 28 Sentyabr 2026 - 11:56)
zelenski

Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşı var.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın ötən gecə Kiyevə hücumları nəticəsində iki nəfər ölüb, onlardan biri Azərbaycan vətəndaşıdır.

Ukrayna prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Zelenski bildirib ki, hücumlar Ukraynanın bir sıra regionlarını əhatə edib. Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib, binanın ikinci və dördüncü mərtəbələri qismən dağılıb.

Ukrayna lideri qeyd edib ki, Kiyevdə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində yaşayış binaları, kommunikasiya infrastrukturu və yanacaqdoldurma məntəqələri zərər görüb. Paytaxtda kafe dağıdılıb, ərzaq bazarında isə yanğın baş verib.

Zelenski bildirib ki, Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirilib, Jitomir vilayətində isə dondurma fabriki zədələnib.

Sumı, Rivne, Xarkov və Odessa vilayətlərində yaşayış binalarına, Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində isə kritik infrastruktura zərbələr endirildiyi bildirilib.

Qeyd olunub ki, hücumlar nəticəsində onlarla insan yaralanıb. Təkcə Xarkovda 9-u uşaq olmaqla 28 nəfər xəsarət alıb.

Zelenski Ukraynaya hava hücumundan müdafiə sistemləri, enerji sektoruna dəstək və büdcə kəsirinin qarşılanması üçün yardımın vacibliyini də vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Prokurorluq əməkdaşları təltif olundu, ali rütbələr verildi –
Next: Avropa İttifaqından 4 ölkəyə üzvlük yolu:

Oxşar xəbərlər

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05

xƏBƏR

prezident
  • Siyasət

User 12 Noyabr 2026 - 15:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün...
Read more about
rumen radev
  • Siyasət

User 12 Noyabr 2026 - 15:19
görüş
  • Siyasət

User 12 Noyabr 2026 - 15:16
Sabah 20 dərəcə isti olacaq hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
  • Siyasət

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

User 12 Noyabr 2026 - 14:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.