Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə yenə də razılıq əldə edə bilməyib. APA xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər şurasının iclasından sonra brifinqdə deyib. Kallas qeyd edib ki, Slovakiya blokladığı üçün Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə yenə də razılıq əldə edə bilməyib. “18-ci sanksiyalar paketi üzrə razılıq əldə etmək mümkün olmadı”, - K. Kallas vurğulayıb. AzPost.az