“Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq edəcəyik” –
“Böyük Yeddilik” ölkələri Rusiyaya qarşı dağıdıcı olacaq iqtisadi sanksiyaların tətbiq olunması barədə razılıq əldə ediblər.
Azpost. info bildirir ki, bu barədə ABŞ prezidenti Bayden tvitterdə yazıb.
“Bu gün səhər mən Putinin Ukraynaya qarşı əsassız hucumunu müzakirə etmək üçün G7 ölkələri üzrə həmkarlarımla görüşdüm. Biz Rusiyaya qarşı dağıdıcı sanksiya paketinin tətbiqi ilə bağlı razılıq əldə etdik. Biz Ukraynanın cəsur xalqını dəstəkləyirik”-deyə Bayden bildirib.
