“Rusiyaya qarşı sanksiyalar ABŞ dağılana qədər qüvvədə qalacaq”- MEDVEDEV

ABŞ prezidentliyinə namizədlərin heç birindən sürpriz gözləmək lazım deyil, Rusiyaya qarşı sanksiyalar bu ölkə dağılana qədər qüvvədə qalacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, qarşıdan gələn seçkilərdə Trampın belə, qalib gələcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların ləğv edilməyəcəyini ehtimal edib.

“Bəli, o, ekstravaqant, özünəvurğun tipdir, amma eyni zamanda praqmatikdir. Tramp bir iş adamı kimi anlayır ki, sanksiyalar dolların dünyada hökmranlığına zərər verir. Lakin bu, ABŞ-da inqilab etmək və Trampdan qat-qat güclü olan dərin dövlətin anti-Rusiya xəttinə qarşı çıxmaq üçün yetərli deyil”, – Medvedev bildirib.

Azpost.info

Əvvəlki məqalə

Depressiyadan əziyyət çəkənlərin beyin sahəsi iki dəfə böyük imiş

Sonrakı məqalə

“Qərb Ukraynada barışıq istəmir”