Rusiya vətəndaşlarının Prezident Vladimir Putinə etimadı bu il 79%-ə çatıb. AzPost bildirir ki, bu barədə Rusiya İctimai Rəyi Öyrənmə İnstitunun (VTsİOM) açıqladığı hesabatda vurğulanır. "Son iki ildə Putinə ictimai inamı daim yüksək olaraq qalıb: 79 faiz! Bu da ümumiyyətlə prezidentin xarici siyasət fəaliyyətinə dair 74%-lik təsdiq reytinqi ilə müqayisə edilə bilər". Qeyd olunur ki, ruslar Putini 2025-ci ilin qəhrəmanı seçiblər. Analitik Mərkəzi rusların ötən ildən xatırlayacağı siyasi hadisələrlə bağlı sorğunun nəticələrini təqdim edib.

AzPost.az