Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.

Bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

Bildirilib ki, Rəmiş Yasamal (“Qurd qapısı”) qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hulusi Akar 103 admiralın bəyanatına münasibət bildirib

Sonrakı məqalə

Neftçalada azyaşlıya cinsi təcavüz edən 59 yaşlı kişi həbs edilib –