Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb. AzPost xəbər verir ki, onun üzərindən və evindən 7 kiloqram narkotik vasitə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.