Səhər acqarına su içmək niyə faydalıdır?- Həkim RƏYİ

Sağlamlığa faydalı olduğu üçün səhərlər acqarına bir stəkan su içmək məsləhət görülür,

Azpost.info xəbər verir ki, bu barədə rusiyalı terapevt və dietoloq Yelena Ustinova deyib.

Onun sözlərinə görə, bu vərdiş gecədən sonra bədəndə maye balansını bərpa etməyə kömək edir.

“Qanın qatılaşması qan laxtalanma riskini artırdığı üçün maye balansını qorumaq vacibdir. Mayesi çox olan qan beynin daha yaxşı işləməsinə kömək edir. Həmçinin, su sidik sistemi və mədə-bağırsaq traktının işə salınmasına da kömək edir. Eyni zamanda, bədəndə metabolik proseslər də işə salınır ki, bu da çəkiyə nəzarət etməyə kömək edir. Gün ərzində kifayət qədər su içsəniz, bu proseslər sürətlənir və aclıq hissi azalır”, – həkim qeyd edib.

Terapevt suyun sağlam saç və dəri üçün faydalı olduğunu da bildirir. Bundan başqa, bu sağlam vərdiş limfa sisteminin fəaliyyətinə faydalı təsir göstərir və infeksiya riskini və böyrək daşlarının əmələ gəlməsini azaldır.

Azpost.info

Əvvəlki məqalə

Dövlət orqanlarının yardımçı struktur bölmələrinin siyahısı təsdiqlənib

Sonrakı məqalə

Bu il kirayə üsulu ilə neçə mənzil satılıb?