Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1342 nəfər qeydə alınıb.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınıb.
Miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.