“Səmərəli islahatlar Ukraynanın NATO-ya üzvlüyünün açarıdır”

- Zelenskidən açıqlama
31 Oktyabr 2019 - 14:33

Səmərəli islahatlar Ukraynanın NATO-ya üzvlüyünün açarıdır.

Azərtac xəbər verir ki, bu sözləri Ukraynanın Prezidenti Vladimir Zelenski Alyansın Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə söyləyib.

Prezident deyib ki, Ukrayna müdafiə qabiliyyətini gücləndirmək üçün NATO ilə əməkdaşlığı dərinləşdirməyə çalışır: “Yalnız təsirli islahatlar Alyansa üzvlüyə aparan yoldur. Biz Ukraynanı NATO standartlarına uyğun şəkildə dəyişdirməyə çalışırıq”.

Yens Stoltenberq Odessa Dəniz Akademiyasının kursantları qarşısında çıxış edərək bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı qərarı Kiyev və NATO-nun bütün üzv ölkələri qəbul etməlidir.