Şəmkirdə 17 yaşlı gənc özünü güllələyərək öldürüb

21 Mart 2021 - 09:00

Şəmkirdə intihar hadisəsi baş verib.

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun güllə yarasından öldüyü ehtimal edilən meyti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 17 yaşlı gənc özünü güllələyib. Faktla bağlı araşdırma aparılır.(APA)