Hazırda Kiyev Rusiya və Ukrayna arasında sülh danışıqları üçün başlanğıc və təməl olacaq plan hazırlayır.
Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, sənədin üç bəndi artıq hazırdır: “İşlər başa çatdıqdan sonra Kiyev Moskva ilə istənilən formatda və onun istənilən nümayəndəsi ilə dialoq təşkil etməyə hazır olacaq. Plan noyabrın əvvəlində hazır olacaq”.
Zelenski Ukraynanın bir çox Qərb tərəfdaşlarının növbəti “sülh sammitində” Rusiya nümayəndələrini görmək istəyinə də toxunub.
İlk belə konfrans 2024-cü ilin iyununda İsveçrədə baş tutsa da, orada Rusiyadan nümayəndə yox idi.
Azpost.info