Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən DSX-nin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi, Elton Xıdır oğlu Hacızadə DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.
Sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbə barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.